​MDB dövlət başçıları beynəlxalq terrorizmə qarşı mübarizə haqqında birgə bəyanat qəbul edəcək

​MDB dövlət başçıları beynəlxalq terrorizmə qarşı mübarizə haqqında birgə bəyanat qəbul edəcək MDB dövlət başçıları Şurasının iclası oktyabrın 16-də Qazaxıstanda keçiriləcək
Region
14 Oktyabr , 2015 13:51
​MDB dövlət başçıları beynəlxalq terrorizmə qarşı mübarizə haqqında birgə bəyanat qəbul edəcək

Bakı. 14 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Qazaxıstanın Burabay şəhərində keçiriləcək MDB dövlət başçılarının sammitində beynəlxalq terrorizmə qarşı mübarizə üzrə birgə bəyanatın qəbul edilməsi planlaşdırılır. Bu barədə "Report" MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bəyanatın layihəsində beynəlxalq sülh və təhlükəsizliyə birbaşa təhlükə yaradan, tarixi və mədəniyyət abidələrini, eləcə də müqəddəs dini ocaqları dağıdan ekstremist qrupların terror fəaliyyətinin kəskin şəkildə artmasından dərin narahatlıq ifadə olunur və terrorçuların bu əməlləri qətiyyətlə pislənib.

Terrorçu qruplaşmaların yaratdığı təhdidlərə qarşı vaxtında və effektiv fəaliyyət göstərmək üçün MDB çərçivəsində əməkdaşlığın potensialından tam istifadə edilməsi üçün ümumi istəyin olduğu vurğulanıb.

Ümumiyyətlə, MDB ölkələri Başçıları Şurasının müzakirəsinə 17 müxtəlif sənəd layihəsi, o cümlədən, siyasi, humanitar və təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlığa dair sənədlər təqdim ediləcək. 

Son xəbərlər

Orphus sistemi