Yuxarı

MDB-də məhkumların və terror fəaliyyətinə görə axtarılanların vahid məlumat bazası yaradılıb

MDB-də məhkumların və terror fəaliyyətinə görə axtarılanların vahid məlumat bazası yaradılıb

Bakı. 26 aprel. REPORT.AZ/ MDB-də məhkumların və terror fəaliyyətinə görə axtarılanların vahid məlumat bazası yaradılıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Antiterror Mərkəzinin Elmi Məsləhət Şurasının sədri Marianna Koçubey bildirib.

Onun sözlərinə görə, təşkilat MDB ölkələrinin müvafiq qurumlarından istintaq mərhələsində axtarışa verilən, məhkəmə çəkişmələrindən yayınan və ya həbsxanadan qaçan şəxslər barəsində məlumatlar alır, onları birləşdirir və şəxsin harada ola biləcəyini müəyyənləşdirərək məlumatı tərəfdaş ölkəyə təqdim edir.

"2010-cu ildən bəri mindən çox şəxsin yerini müəyyənləşdirə, bu barədə tərəfdaşlara məlumat verə bilmişik və nəticədə bu şəxslər saxlanılıblar. Məlumatlar bazası çox səmərəli alətdir", - M.Koçubey vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi