Matviyenko: Qərblə əməkdaşlıq Ermənistanın Rusiya ilə əlaqələrinə mane olmur

Matviyenko: Qərblə əməkdaşlıq Ermənistanın Rusiya ilə əlaqələrinə mane olmur Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Yerevanda səfərdədir
Region
2 Noyabr , 2015 22:55
Matviyenko: Qərblə əməkdaşlıq Ermənistanın Rusiya ilə əlaqələrinə mane olmur

Bakı. 2 noyabr. REPORT.AZ/ Qərblə əməkdaşlıq Ermənistanın Rusiya ilə əlaqələrinə mane olmur. "Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, Yerevanda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko belə deyib.

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqdisadi İttifaqına üzv olduğunu xatırladan Matviyenko, "Bu təşkilatlarda üzvlük NATO və Avropa İttifaqı ilə münasibətlərə əngəl təşkil etmir. Bu, təbii beynəlxalq təcrübədir", - deyə bildirib.

Onun sözlərinə görə, rəsmi Moskva Ermenistanın rusiyayönümlü kursunda hərhansı dəyişiklik olmayacağından əmindir. 

Son xəbərlər

Orphus sistemi