Marneulidəki seçkilərin ilkin nəticələri açıqlanıb
Region
- 19 may, 2019
- 22:16
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda keçirilmiş icra başçısı seçkiləri ilə bağlı ilkin nəticələri açıqlayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, rayonun 81 seçki məntəqəsinin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyasının namizədi Zaur Darğallı səslərin 79,08%-ni əldə edib.
Digər namizədlər – müxalif Vahid Milli Hərəkat Partiyasından olan Aqil Mustafayev 11,06%, müxalif “Avropalı Gürcüstan” partiyasından olan Əhməd İmamquliyev isə 7,73% səs toplayıb.
Yerdə qalan namizədlərin əldə etdiyi göstərici isə 1%-ə qədərdir.
Qeyd edək ki, Marneuli rayon rəhbəri vəzifəsi uğrunda 15 namizəd mübarizə aparıb.
Son xəbərlər
14:12
Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb
Maliyyə14:03
Azərbaycan alüminium ixracından gəlirini 39 %-dən çox artırıb
Biznes14:02
"Turan" voleybol komandasının yeni mövsüm üçün məşqçilər heyətinin formalaşdırılması tamamlanıb
Komanda13:55
Ukrayna Rusiyanın bir sıra hərbi obyektlərinə zərbələr endirib
Digər ölkələr13:41
Ötən gün borclu şəxs qismində axtarışda olan 135 nəfər saxlanılıb
Hadisə13:33
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib
İnfrastruktur13:32
Albaniyada son 24 saat ərzində 34 meşə yanğını baş verib
Digər ölkələr13:23
Narek Karapetyanın və Aleksan Aleksanyanın işi Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib
Region13:11