Yuxarı

Marneulidə 35 min 714 seçici səsvermədə iştirak edib

​Marneulidə 35 min 714 seçici səsvermədə iştirak edib

Marneulidə icra başçısı vəzifəsinə bu gün keçirilmiş seçkilərdə seçici fəallığı 35,82% təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyasından bildirilib.

Saat 20:00-a olan məlumata əsasən, Marneulidə 35 min 714 seçici səsvermədə iştirak edib.

Rayonda qeydiyyatda olan seçicilərin ümumi sayı 99 717 nəfər təşkil edir.

Marneulidə qeydə alınmış seçici fəallığı icra başçısı seçkilərinin keçirildiyi digər rayonların eyni göstəricisindən azdır. Belə ki, seçici fəallığı Zuqdididə 46,88%, Çiaturada 43,26%, Xuloda 58,21%, Zestafonidə isə 47,03% təşkil edib.

Qeyd edək ki, Gürcüstanda bu gün baş tutmuş növbədənkənar və aralıq seçkilərdə səsvermə prosesinə saat 20:00-da yekun vurulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi