Yuxarı

Marneuli və Bolnisidə fövqəladə vəziyyət rejimi ilə bağlı çətinliklər aradan qaldırılıb

Marneuli və Bolnisidə fövqəladə vəziyyət rejimi ilə bağlı çətinliklər

363

“Gürcüstanda karantin zonalarının elan edildiyi Marneuli və Bolnisidə ictimaiyyətin məlumatlandırılması ilə bağlı bəzi çətinliklər olub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, bu problem artıq aradan qaldırılıb: “Marneuli və Bolnisidə fövqəladə vəziyyət 48 saatdır elan olunub. Həm hüquq mühafizə orqanları, həm də hərbçilər çox səmərəli iş aparırlar. Təcrid tam təmin edilir və ictimaiyyətə də ətraflı məlumat təqdim olunur”.

Hökumət rəsmisi hər iki rayonda vəziyyətin sakit olduğunu qeyd edub: “Marneuli və Bolnisidəki həmvətəndaşlarımız mövcud vəziyyətdə sakit davranırlar. Hökumət adından onlara minnətdarlığımı bildirirəm. Görülən tədbirlər onların hər biri və bütövlükdə Gürcüstan əhalisi üçün zəruri olub”.

İ.Çikovani bildirib ki, hər iki rayonda 20 mindən çox yerli sakin tibbi yoxlanışdan keçirilib və onların yalnız 25-də yüksək hərarət qeydə alınıb: “Hazırda həmin şəxslər tibbi nəzarətdə saxlanılır”.

Mətbuat katibi Marneuli və Bolnisi əhalisinin ərzaq məhsulları ilə təminatında heç bir problemin olmadığını da qeyd edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi