Yuxarı

Mahmud Vaezi: "İran-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb"

Təkcə ötən il iki dövlətin rəsmi şəxsləri arasında 55 görüş keçirilib

Bakı. 22 fevral. REPORT.AZ/ Son 20 il ərzində İran-Azərbaycan münasibətləri indiki qədər yüksək səviyyədə olmayıb. Təkcə ötən il iki dövlətin rəsmi şəxsləri arasında 55 görüş keçirilib. Bu görüşlərdə əldə edilən razılaşmaların əksəriyyəti icra olunub.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iranlı həmsədri Mahmud Vaezi deyib.

İranlı nazir bildirib ki, aparılan danışıqların nəticəsi olaraq rəsmi Bakı İran vətəndaşlarına tətbiq etdiyi viza rejimini sadələşdirəcək. Həm Azərbaycan, həm də İran prezidenti ölkələr arasındakı əlaqələrin inkişafını diqqətdə saxlayırlar ki, bu da gələcəkdə daha da səmərəli əməkdaşlıq üçün zəmin yaradır.

Dövlət Komissiyası haqqında danışan M. Vaezi deyib ki, iki ölkə arasındakı əlaqələrin inkişafı məqsədilə yaradılan komissiyanın indiyədək göstərdiyi fəaliyyət uğurlu olub. Komissiyada nəqliyyat, energetika, səhiyyə və qadın məsələləri üzrə komitələr yaradılıb. Bu komitələrin gündəliyinə çıxarılan problemlər müzakirə edilərək müsbət nəticələr əldə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi