Yuxarı
    Bağlamaq

    ​Mahaçqalada antiterror əməliyyatı rejimi tətbiq olunub

    Hüquq mühafizə orqanı əməkdaşları silahlıların olduğu güman edilən evi mühasirəyə alıblar

    Bakı. 7 may. REPORT.AZ/ Mahaçqalada bu gün səhər saatlarından başlayaraq bir neçə küçədə antiterror əməliyyatı rejimi tətbiq olunub. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə MAK Operativ qərargahının Dağıstandakı nümayəndəsi məlumat verib.

    Onun sözlərinə görə, yaraqlıların müəyyən edilərək neytrallaşdırılması üzrə tədbirlər həyata keçirilir.

    Hüquq mühafizə orqanı əməkdaşları silahlıların olduğu güman edilən evi mühasirəyə alıblar. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi