Yuxarı
    Bağlamaq

    ​"LUKOYL"un İrana qayıtması üçün danışıqlar başlayıb

    LUKOYL şirkətinin prezidenti Vahid Ələkbərov Vyanada İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb

    Bakı. 3 dekabr. REPORT.AZ/ Rusiyanın "LUKOYL" neft şirkətinin İrana qayıtması üçün danışıqlar başlayıb. 

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, "LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov Vyanada İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşüb. 

    Görüşdə "LUKOYL"un "Anaran" geoloji-kəşfiyyat yatağına qayıtması məsələsi müzakirə olunub: "Anaran" yatağı da daxil olmaqla bir sıra məsələləri müzakirə etdik. Bu gün biz bir sıra təkliflər irəli sürdük. Bizim İranın körfəzə bitişik şimal hissəsi də daxil olmaqla, həmin yataqda işləməklə bağlı imzalanmış memorandumumuz var".

    Qeyd edək ki, İrana tətbiq edilən beynəlxalq sanksiyalara görə "LUKOYL" 2007-ci ildə "Anaran" layihəsindən çıxmışdı.

    İranın atom problemi ilə bağlı razılaşma əldə edildikdən sonra Rusiya şirkəti İranın neft-qaz layihələrinə marağını saxladığını bəyan etmişdi. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi