Yuxarı

Lukaşenko: "İşğal altındakı ərazilər azad olunmalı, regionda sülh və təhlükəsizlik bərpa edilməlidir"

Lukaşenko: "İşğal altındakı ərazilər azad olunmalı, regionda sülh və təhlükəsizlik bərpa edilməlidir"
Bunu, Tbilisidə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun söyləyib

Tbilisi. 22 mart. REPORT.AZ/ “İşğal altında olan ərazilər azad olunmalı, regionda sülh və təhlükəsizlik bərpa edilməlidir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Tbilisidə səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenkonun gürcü həmkarı Georgi Marqvelaşvili ilə görüşündə səslənib.

A.Lukaşenko ilə G.Marqvelaşvili arasında keçirilən təkbətək görüşdə dünyada baş verən hadisələr, təhlükəsizlik, regional əməkdaşlıq, iqtisadi, siyasi, humanitar sahələrdə əlaqələrin inkişafı və s. məsələlər müzakirə olunub.

Bildirilib ki, işğal altındakı ərazilərdə süni maneələrin yaradılması, inşaat və infrastruktur layihələrin həyata keçirilməsi yolverilməzdir.

Tərəflər regionda sülhün və təhlükəsizliyin bərqərar olmasının, işğal olunmuş ərazilərdən didərgin düşmüş insanların hüquq və azadlıqlarının qorunmasının vacibliyini xüsusi qeyd ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi