Los-Ancelesdə sikhlərin məbədini təhqir edən erməni barəsində axtarış elan edilib

Los-Ancelesdə sikhlərin məbədini təhqir edən erməni barəsində axtarış elan edilib Manukyan əvvəlllər qarətə görə mühakimə olunub
Region
20 Sentyabr , 2017 10:29
Los-Ancelesdə sikhlərin məbədini təhqir edən erməni barəsində axtarış elan edilib

Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhər polisi sikhlərin Hollivuddakı məbədini təhqir edən 27 yaşlı erməni Artyom Manukyanla bağlı axtarış elan edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, Artom Manukyan məbədin ağ boyalı divarlarına sikhləri və onların dini inanclarını təhqir edən ifadələr yazıb.

O, bu vəhşiliyi görənləri isə “boğazlarını ülgüclə” üzəcəyi ilə hədələyib.

Məlumatda bildirilib ki, Manukyan əvvəlllər qarətə görə mühakimə olunub.

Polis onu artıq bir neçə həftədir axtarır. 

Son xəbərlər

Orphus sistemi