​Lavrov: "Ölkələr arasında əlaqələrin olmaması terrorizmin artmasına səbəb ola bilər"

​Lavrov: "Ölkələr arasında əlaqələrin olmaması terrorizmin artmasına səbəb ola bilər" Rusiya xarici işlər naziri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tələbə və müəllimləri qarşısında çıxış edib
Region
1 Sentyabr , 2015 13:25
​Lavrov: Ölkələr arasında əlaqələrin olmaması terrorizmin artmasına səbəb ola bilər

Bakı. 1 sentyabr. REPORT.AZ/ Ölkələr arasında əlaqələrin olmaması terrorizmin artmasına səbəb ola bilər, ona görə də, eqoist fikirləri kənara qoymaq lazımdır. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər institutunun (MDBMİ) tələbə və müəllimləri ilə görüşü zamanı bildirib.

"Biz eqoist fikirləri bir kənara qoymağa çağırırıq. Ölkələr arasında əlaqələrin olmaması pis nəticələrə gətirib çıxara bilər. Getdikcə daha çox siyasətçilər etiraf edirlər ki, terror təhlükəsi artmaqdadır",- nazir qeyd edib.

Lavrov, həmçinin bildirib ki, Palmira şəhərindəki qədim məbədin terroristlər tərəfindən məhv edilməsi ümumbəşər mədəniyyətinin əsaslarını sarsıdır.

Qeyd edək ki, MDBMİ-dəki mühazirədən sonra Sergey Lavrov bu gün qısamüddətli işgüzar səfərlə Azərbaycana gələcək.

Son xəbərlər

Orphus sistemi