Yuxarı

Laos Rusiyaya Sovet dövrünə aid 30 ədəd tank verib

Bakı. 9 yanvar. REPORT.AZ/ Laosun Müdafiə Nazirliyi hərbi-texniki əməkdaşlıq çərçivəsində 30 ədəd tam saz vəziyyətdə olan Sovet dövrünə aid "T-34" tipli tankı Rusiyanın müdafiə idarəsinə verib.

“Report” xəbər verir ki, bu barədə "Krasnaya zvezda" qəzeti yazıb.

Məlumata görə, bu barədə razılıq ötən il Rusiyanın müdafiə naziri Sergey Şoyqunun Laosa səfəri zamanı əldə olunub.

Bildirilir ki, texnika dəniz yolu ilə Vladivostoka gətirilib. Tanklar oradan dəmir yolu ilə Moskvaətrafı Naro-Fominskə aparılacaq.

Qeyd edilir ki, tanklardan eləcə də, hərbi paradlar və film çəkilişləri zamanı istifadə olunması planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi