Kremldə təhlükəsizlik tədbirləri gücləndirilib

Kremldə təhlükəsizlik tədbirləri gücləndirilib Komendant: Tədbirlər Sankt-Peterburqdakı faciəli hadisələrdən dərhal sonra görülüb
Region
11 Aprel , 2017 17:06
Kremldə təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 11 Aprel. REPORT.AZ/ Sankt-Peterburq metrosundakı faciəli hadisələrdən dərhal sonra Moskva Kremlində təhlükəsizlik tədbirləri gücləndirilib.

“Report”un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kremlin komendantı Sergey Xlebnikov deyib.

"Tədbirlər faktiki olaraq faciəli hadisələrdən dərhal sonra görülüb. Məlum səbəblərdən mən bu barədə ətraflı danışmaq istəməzdim. Təhlükəsizlik hec vaxt kifayət qədər olmur, lakin əlimizdə olan bütün imkanlardan istifadə edirik. Biz vəziyyətə nəzarət edərək yeni imkanları araşdırırıq", - komendant bildirib.

Son xəbərlər

Orphus sistemi