Yuxarı

Kreml "S-400" zenit-raket komplekslərinin Krımda yerləşdirilməsini şərh edib

Kreml "S-400" zenit-raket komplekslərinin Krımda yerləşdirilməsini şərh edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Krımda "S-400" zenit-raket komplekslərinin ikinci divizionunun yerləşdirilməsi haqqında yayılan məlumatları şərh edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Vladimir Putinin sözçüsü Rusiya tərəfinin təhlükəsizliyini təmin etmək üçün atdığı zəruri tədbirlərin kimin üçünsə təhdid olmadığını deyib.

"Rusiya-Ukrayna sərhədində, Krım bölgəsində təxribat xarakterli fəaliyyətlərin davam etdirildiyini bilirik. Ona görə də Rusiya tərəfinin təhlükəsizliyi təmin etmək üçün atdığı bütün zəruri tədbirlər kimin üçünsə təhdid yox, öz təhlükəsizliyinin təmin edilməsi kimi qəbul olunmalıdır. Buna isə Rusiya tərəfinin tam suveren hüququ var", - D.Peskov bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi