Yuxarı

Kreml: Putin və Ərdoğan avqustun əvvəlində Rusiyada görüşəcək

Dmitri Peskov görüşün Bakıda keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib

Bakı. 20 iyul. REPORT.AZ/ Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu ilin avqust ayının ilk on günündə Rusiya şəhərlərindən birində görüşəcək.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Həqiqətən, hazırda diplomatik kanallar vasitəsilə Putin və Ərdoğan arasında görüş təşkil etmək üçün hazırlıqlar gedir. Bu görüşün avqustun ilk ongünlüyündə Rusiya Federasiyasında olacağı ilə bağlı razılığa gəlmişik. Amma şəhər və dəqiq tarix hələ bilinmir", - deyə D.Peskov bildirib. 

D.Peskov görüşün Bakıda keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi