Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2

Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2 Xilas edilən 24 nəfərdən 8-i xəstəxanaya yerləşdirilib
Region
25 Avqust , 2017 13:47
Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB-2

Bakı. 25 avqust. REPORT.AZ/ Xilasedicilər Rusiyanın Krasnodar diyarında tikilməkdə olan estakadadan dənizə düşən avtobusun qəzaya uğradığı bölgədə həlak olan 17-ci adamın cəsədini aşkar ediblər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə regionun fövqəladə hallar xidmətindən bildiriblər.


***11:49

Krasnodar diyarında avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

"Report" TASS-a istinadən xəbər verir ki, xilas edilən 24 nəfərdən 8-i xəstəxanaya yerləşdirilib.

Dənizə düşmüş avtobus artıq kran vasitəsilə çıxarılıb.

Avtobus "Tamannefteqaz" neft-qaz şirkəti üçün estakada tikən şirkətə məxsusdur. O, işçiləri tikinit yerinə aparırmış.

Rusiyanın İstintaq Komitəsi faktla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsi (ehtiyatsızlıq üzündən insanların ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarı) ilə cinayət işi açıb.


***10:56

Rusiyanın Krasnodar diyarında işçiləri daşıyan avtobus estakadadan dənizə düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsindən hadisə nəticəsində 12 nəfərin həlak olduğu bildirilib.

Məlumata görə, 20 nəfər xilas edilib, 3 nəfərin taleyi naməlumdur.

Qəza Temryuk rayonundakı Volna yaşayış məntəqəsində baş verib.

Sudan xilas edilənlərdən dörüdünün vəziyyəti ağırdır. Onlar huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi