Yuxarı

​Konqres Türkiyəyə hərbi gəmilərin verilməsi haqda sənədi təsdiqləməyib

Qurum bununla bağlı iki səbəbi əsas göstərib

Bakı. 6 yanvar. REPORT.AZ/ ABŞ konqresi hərbi gəmilərin Türkiyəyə verilməsi ilə bağlı qanun layihəsini qəbul etməyib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qurum 3 hərbi gəminin qrant kimi verilməsi, birinin isə aşağı qiymətə satılması haqda sənədi təsdiqləməyib. Konqres Türkiyənin "İsrailə qarşı artan düşmənçiliyini və Kipr adası yaxınlığında təbii qazla bağlı kəşfiyyat aparan ABŞ şirkətlərinə qarşı bu gəmilərdən istifadəni" əsas gətirib.

"Gəmilər Türkiyəyə verilməzsə, o, qonşuları ilə savaş vəziyyətindən çəkinər", - Konqres üzvü Eliot Engel məsələ ilə bağlı çıxışında deyib. 

"Dəniz transferi qanununa" əsasən Türkiyə 2012-ci ildə ABŞ-dan "Oliver Hazard Perry" tipli iki raketdaşıyan gəmi alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi