Kiyevdə Petro Poroşenkonun tərəfdarları mitinq keçirir

Kiyevdə Petro Poroşenkonun tərəfdarları mitinq keçirir Ukraynanın paytaxtı Kiyev şəhərinin Müstəqillik meydanında hazırkı dövlət başçısı, prezident seçkilərində namizədlərdən biri Petro Poroşenkonun tərəfdarları mitinq keçirirlər.
Region
19 Aprel , 2019 17:06
Kiyevdə Petro Poroşenkonun tərəfdarları mitinq keçirir

Ukraynanın paytaxtı Kiyev şəhərinin Müstəqillik meydanında hazırkı dövlət başçısı, prezident seçkilərində namizədlərdən biri Petro Poroşenkonun tərəfdarları mitinq keçirirlər.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, meydanda hazırda 1500-dək tərəfdar toplaşıb və bu səbəbdən həmin istiqamətdə avtomobillərin hərəkətində qismən məhdudiyyət yaranıb.

Qeyd edək ki, bu gün axşam paytaxtdakı Olimpiya stadionunda prezidentliyə namizədlər - Petro Poroşenko ilə Vladimir Zelenski arasında seçkiöncəsi debat baş tutacaq.

Son xəbərlər

Orphus sistemi