KİV: Ermənistanın dövlət borcu artıb, büdcə gəlirləri isə azalıb

KİV: Ermənistanın dövlət borcu artıb, büdcə gəlirləri isə azalıb Bu il ölkənin dövlət borcu 576 mln. dollar artıb
Region
30 Aprel , 2016 19:48
KİV: Ermənistanın dövlət borcu artıb, büdcə gəlirləri isə azalıb

Bakı. 30 Aprel. REPORT.AZ/ Ermənistanın dövlət borcu durmadan artır. Aprel ayına olan vəziyyətə görə, borc 5 mlrd. 196 mln. dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə “Aykakan jamanak” qəzeti yazıb.

Cari il ərzində dövlət borcu faktiki olaraq 576 mln. dollar artıb.

Nəşr qeyd edir ki, bu göstərici ötənilki rəqəmi 12.4% üstələyir. Eyni zamanda bu dövr ərzində dövlət büdcəsi gəlirləri azalıb. Əgər 2015-ci ilin I rübündə dövlət büdcəsi gəlirləri 517 mln. dollar təşkil etmişdisə, bu il 500 mln. dollara bərabər olub.

“Bir sözlə, dövlət borcu 12.5% artıb, dövlət büdcəsi gəlirləri isə 3.2% azalıb. Bu isə onu göstərir ki, Ermənistan borcların hesabına mövcuddur”, – deyə “AJ” yazıb.

Son xəbərlər

Orphus sistemi