Yuxarı

Türkiyə ordusu Suriya ərazisində antiterror əməliyyatlarına başlayıb - YENİLƏNİB

KİV: Türkiyə ordusu Suriyaya daxil olub

“Türkiyə Fərat çayının şərqinə doğru antiterror əməliyyatlarına başlayıb”. 

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında PKK/YPG və İŞİD terror qruplaşmasına qarşı “Barış pınarı” hərəkatına başlayıb. Məqsədimiz sərhədimizdə yaradılması istənilən terror dəhlizini yox etmək, bölgəyə barış və əmin-amanlıq gətirməkdir”, - Türkiyə lideri “Twitter” səhifəsində yazıb.


*** 12:49

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirəcəyi əraziyə daxil olub.

“Report” “Haber 7”yə istinadən xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi yayıb.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar isə Suriyanın şimalında “Barış pınarı” (“Sülh bulağı”) adlı antiterror əməliyyatının başlaması ilə bağlı məlumatı nə təsdiq, nə təkzib edib: “İşlərimizi davam etdirik. Hərbçilərin dislokasiyası, hazırlıqları davam edir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi