Yuxarı

​KİV: Terrorçu PKK-nın Suriya qolu "PYD" sıralarında çoxlu ABŞ vətəndaşı var

Əcənəbilər arasında ABŞ-la yanaşı Almaniya, Belçika, Fransa və İsrail vətəndaşları da var

Bakı. 12 fevral. REPORT.AZ/ Əksəriyyəti ABŞ vətəndaşı olmaqla terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD"-yə 8 min əcnəbinin qoşulduğu təsbit edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bununla da terrorçu PKK ilə ABŞ arasında əlaqələrin mövcudluğu təsdiqlənib.

Xəbərə əsasən, "PYD" sıralarındakı amerikalılar əvvəllər ABŞ ordusunda zabit olublar. Əcnəbilər arasında ABŞ-la yanaşı Almaniya, Belçika, Fransa və İsrail vətəndaşları da var. Bundan başqa onların snyaper olduğu haqda da məlumat yayılıb.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obamanın müşaviri, Ağ evin terrora qarşı mübarizə məsələləri üzrə mütəxəssisi Brett Makkurk bu günlərədə Suriyanın Ayni-ül-Ərəb (Kobani) şəhərinə gedərək, orada özünü "komandir" kimi tanıdan Polat Canla şəkil çəkdirmişdi. B.Makkurkun silahları PKK və "PYD" arasında bölüşdürdüyü müəyyən olunub.

Türkiyə rəsmiləri İŞİD, PKK və "PYD" kimi qruplaşmaları terrorçu adlandırır, ABŞ isə "PYD"ni terrorçu saymamaqla yanaşı, onlara silah-sursat da verir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi