Yuxarı
    Bağlamaq

    KİV: Sarkisyan nəyin bahasına olursa-olsun Ter-Petrosyanın blokunun parlamentə keçirilməsinə göstəriş verib

    Ermənistan Milli Konqresinin blokunda tam sakitlik hökm sürür, blok təşviqat kampaniyası belə aparmır

    Bakı. 22 mart. REPORT.AZ/ Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqres- EMK" seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib.

    "Report" xəbər verir ki, bunu Ermənistanın "Joxovurd" qəzeti yazıb.

    "Bütün sosioloji sorğulara əsasən "Konqres - EMK" bloku Milli Assambleyaya keçmək üçün tələb olunan minimal baryeri belə aşa bilməyəcəyi üçün hakimiyyət alyansa böyük sahibkar Xaçatur Sukiasyanın simasında sponsorluq təqdim etməklə yanaşı, öz tərəfdarlarına tapşırıb ki, Levon Ter-Petrosyananın komandası səsləri qazana bilməsi üçün yerlərdə iş aparsınlar", - deyə qəzetin mənbəsi bildirib. 

    Nəşrin yazdığına görə, "Konqres -EMB" blokunda hökm sürən süküt və təşviqat kampaniyasının aparılmaması məhz bundan irəli gəlir: "Təsadüfi deyil ki, bu kontekstdə 1998-ci ildən bəri ilk dəfə Levon Ter-Petrosyan Ermənistanın İctimai televiziyasına dəvət edilərək xüsusi siyasi reklam çərçivəsində öz blokunun digər siyasi güvvələr üçün qəbuledilməz olan sülh formulunu - seçkiqabağı proqramının əsas müddəalarını təqdim edib".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi