KİV: "Qazprom-Ermənistan"ın rəhbəri Gömrük Xidmətinin başçısı təyin edilə bilər

KİV: "Qazprom-Ermənistan"ın rəhbəri Gömrük Xidmətinin başçısı təyin edilə bilər "Karen Karapetyan dövlət gəlirlərinin axınına və qanunsuz dövriyyəyə nəzarət etmək üçün öz kadrlarından birini təyin etmək istəyir"
Region
21 Sentyabr , 2016 12:58
KİV: Qazprom-Ermənistanın rəhbəri Gömrük Xidmətinin başçısı təyin edilə bilər

Bakı. 21 sentyabr. REPORT.AZ/ Ermənistan hökumətində kadr dəyişiklikləri ilə yanaşı, struktur dəyişiklikləri də gözlənilir.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Ermənistanda dərc edilən "Aykakan Jamanak" qəzetinin məlumatına görə, ölkənin yeni təyin olunmuş baş naziri Karen Karapetyan dövlət gəlirlərinin axınına və qanunsuz dövriyyəyə nəzarət etmək üçün öz kadrlarından birini təyin etmək istəyir. Həmin şəxs isə "Qazprom-Ermənistan" QSC-nin direktoru Vardan Arutyunyandır.

"Artıq Vardan Arutyunyanın Gömrük Xidmətinin rəhbəri təyin oluna bilməsi məsələsi barədə müzakirələr keçirilib", - qəzet yazır.

Son xəbərlər

Orphus sistemi