Yuxarı

​KİV: İran təyyarəsinin mühərriki havada gövdəsindən ayrılaraq yerə düşüb

Nəticədə göyərtəsində təxminən 300-yə yaxın sərnişinin olduğu təyyarə təcili eniş edib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Bu gün İrana məxsus sərnişin təyyarəsi paytaxt hava limanına təcili eniş edib. "Report" TASS-a istinadən xəbər verir ki, buna səbəb uçuş zamanı təyyarənin mühərrikində nasazlığın baş verməsidir. Belə ki, təyyarənin mühərriki havadaykən yaranan problemlər nəticəsində gövdəsindən ayrılaraq yerə düşüb.

Nəticədə göyərtəsində təxminən 300-yə yaxın sərnişinin olduğu "Mahan Air" özəl aviaşirkətinə məxsus Tehrandan İranın cənubundakı Bəndər-Abbas şəhərinə uçuş həyata keçirən təyyarə paytaxtın Mehrabad hava limanına geri qayıdıb. 

Məlumata görə, hadisədə sərnişin və heyət üzvlərindən xəsarət alan olmayıb. Təyyarə modelinin adı açıqlanmayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi