Yuxarı

KİV: Moskva İsrailin baş nazirini qəbul etməyib - YENİLƏNİB

KİV: Moskva İsrailin baş nazirini qəbul etməyib - YENİLƏNİB

Bakı. 26 sentyabr. REPORT.AZ/ "İsrail Milli Təhlükəsizlik Şurasının müşaviri Meir Ben-Şabatın başçılığı ilə Rusiyaya göndəriləcək nümayəndə heyətinin qəbulundan imtina edilməsi barədə yayılan xəbər reallığı əks etdirmir". 

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

“Qəzet bu hadisə ilə bağlı düzgün informasiya verməyib. Əvvəlcədən İsrailin baş nazirinə Hərbi Hava Qüvvələri komandanının başçılığı altında hərbi nümayəndə heyətinin göndərilməsi təklif olunmuşdu. Bu da olub. İsrail hərbçiləri öz informasiyalarını gətirmişdilər, rusiyalılar da öz məlumatlarını onlara təqdim etdi”, - o vurğulayıb. 


*** 16:19

Rusiyaya məxsus “İl-20” təyyarəsi Aralıq dənizinin Suriya sahillərində vurulandan sonra Rusiya İsrail siyasətçilərini Moskvada qəbul etməməyə qərar verib.

“Report” xəbər verir ki, bunu “Haaretz” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, İsrail hökuməti baş nazir Benyamin Netanyahu ilə müdafiə naziri Aviqdor Libermanın Moskavaya birgə səfərini nəzərdən keçirib. Ancaq Kreml səfər təklifinə rədd cavabı verib. 

Qəzetin yazdığına görə, İsrail hökuməti ölkənin Milli Təhlükəsizlik Şurasının rəhbəri Meir Ben-Şabatın başçılığı ilə Moskvaya nümayəndə heyəti göndərmək istəyib. Bu heyətə İsrail Müdafiə Nazirliyinin və Baş Qərargahın təmsilçilərinin daxil olması gözlənirmiş. Amma “İl-20” təyyarəsinin vurulmasına görə iki ölkə arasında ciddi problem yaranması səbəbindən bu səfər də baş tutmayıb.  

Qeyd edək ki, sentyabrın 17-də Aralıq dənizinin sahillərində Rusiyanın “İl-20” təyyarəsi vurulub. Nəticədə 15 hərbçi həlak olub. Rusiyanın Müdafiə Nazirliyi təyyarəni İsrail ordusunun vurduğunu bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi