​KİV: "İŞİD Türkiyədəki diplomatik missiyaları hədəf alıb"

​KİV: "İŞİD Türkiyədəki diplomatik missiyaları hədəf alıb" Təhlükəsizlik əməkdaşları 17-25 yaş arasında olan potensial suriyalı və fələstinli "canl bombaları" axtarır
Region
20 Fevral , 2015 21:12
​KİV: İŞİD Türkiyədəki diplomatik missiyaları hədəf alıb

Bakı. 20 fevral. REPORT.AZ/ İŞİD terrorçuları Türkiyədə bombalı basqınlar keçirməyi planlaşdırır.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu xəbər Türkiyənin Milli İstihbarat Təşkilatı tərəfindən təkzib edilməyib.

Məlumata görə, İŞİD qərb dövlətlərinin Türkiyədəki dipolmatik korpusları və nümayəndəliklərinin binasına, eləcə də insanların sıx olduğu meydanlarda canlı bombalı həmlələr etməyi planlaşdırır.

Xəbərdə bildirlib ki, Ankarada və İstanbulda təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirlib.

Təhlükəsizlik əməkdaşları 17-25 yaş arasında olan potensial suriyalı və fələstinli "canl bombaları" axtarır.

Son xəbərlər

Orphus sistemi