KİV: Ermənistanda Respublikaçılar Partiyasına üzvlük aktuallığını itirib

KİV: Ermənistanda Respublikaçılar Partiyasına üzvlük aktuallığını itirib Bakı. 24 may. REPORT.AZ/ “Ermənistanda keçmiş hakim Rrespublikaçılar Partiyasına üzvülük artıq aktuallığını itirib, indi “Çiçəklənən Ermənistan” Partiyasına üstünlük verirlər”.
Region
24 May , 2018 14:06
KİV: Ermənistanda Respublikaçılar Partiyasına üzvlük aktuallığını itirib
“Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan

Bakı. 24 may. REPORT.AZ/ “Ermənistanda keçmiş hakim Rrespublikaçılar Partiyasına üzvülük artıq aktuallığını itirib, indi “Çiçəklənən Ermənistan” Partiyasına üstünlük verirlər”.

“Report” xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb.

Mayın 23-də “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Tsarukyan Armavir vilayətinə sağlamlıq mərkəzinin açılışına qatılıb. Qəzet yazıb ki, orada onu hakimiyyət nümayəndəsi kimi qarşılayıblar.

Daşnaksütyun Partiyasının parlamentdəki fraksiyasının başçısı Armen Rüstəmyan bildirib ki, qanunverici orqanda müxalifət və hakimiyyət təmsilçilərini müəyyən etmək olmur: “Biz formal olaraq, koalisiyadan çıxmışıq. Koalisiyadan çıxanda isə müxalifətdə olursan. Digər tərəfdən isə biz hökumətin formalaşmasında iştirak etmişik. Əslində, qarışıq vəziyyət yaranıb”.

Qeyd edək ki, bu ilin aprelində başlayan etiraz yürüşlərində daşnaklar Serj Sarqsyanla qurduqları koalisyadan çıxdıqlarını bildirərək, Nikol Paşinyanı dəstəkləyiblər.  

Son xəbərlər

Orphus sistemi