Yuxarı

KİV: Ermənistanda dövlət sistemi iflic vəziyyətdədir

Dövlət məmurları vaxt öldürməklə məşğuldur

Bakı. 16 sentyabr. REPORT.AZ/ "Ermənistanda bütün dövlət sistemi iflic vəziyyətdədir".

"Report" "Newsarmenia"ya istinadən xəbər verir ki, dövlət məmurları "vaxt öldürmək"lə məşğuldur.

"Sentyabrın 8-də hökumət buraxıldıqdan sonra nazirliklərin çoxunda həyat dayanıb. Məmurlar heç bir işlə məşğul olmurlar", - deyə Ermənistan KİV-i yazıb.

Qeyd edək ki, sentyabrın 8-də Ermənistanın baş naziri Ovik Abramyan və hökumət üzvləri istefa verib. Ölkə prezidenti Serj Sarqsyan yeni baş nazir postuna Karen Karapetyanı təyin edib. Yeni hökumət parlamentdə hələ təsdiqlənmədiyindən Nazirlər Kabinetinin bütün üzvləri nazir səlahiyyətlərini icra edir.

Xatırladaq ki, O.Abramyan 2014-cü il aprelin 13-dən 2016-cı il sentyabrın 8-dək Ermənistanın baş naziri vəzifəsində çalışıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi