​KİV: ABŞ Türkiyədə daha bir terrorun ola biləcəyinə dair xəbərdarlıq edib

​KİV: ABŞ Türkiyədə daha bir terrorun ola biləcəyinə dair xəbərdarlıq edib Həmin xəbərdarlıqda diplomatik missiyaların yerləşdiyi ərazilərin, meydan, ibadət və turistik yerlərin də təhülkəli olduğu vurğulanıb
Region
15 Mart , 2016 11:25
​KİV: ABŞ Türkiyədə daha bir terrorun ola biləcəyinə dair xəbərdarlıq edib

Bakı. 15 mart. REPORT.AZ/ ABŞ-ın Türkiyədə fəaliyyət göstərən şirkətlərinə göndərilən informasiyalarda martın 20-də daha bir terror hücumunun olacağı ilə bağlı xəbərdarlıq edilib.

"Report" xəbər verir ki, bu haqda "Habertürk" məlumat yayıb.

Məlumata görə, həmin xəbərdarlıqda amerikalı sərmayəçilər və ailələrinin terrorun hədəfi olacaq dövlət və hökumət binaları olan yerlərdən, ictimai binalardan, hərbi hissələrin olduğu ərazilərdən uzaqda durmaları məsləhət görülüb.

Həmin xəbərdarlıqda diplomatik missiyaların yerləşdiyi yerlərin, meydan, ibadət və turistik bölgələrin də təhülkəli olduğu vurğulanıb.

"Novruz həftəsonuna təsadüf edir. Ona görə də xoşagəlməz hadisələr ola bilər. Bu həftə üçün nəzərdə tutduğunuz səyahətlərinizin tarixini dəyişdirin. Ailəniz və yaxınlarınızı vəziyyətdən xəbərdar edin", - xəbərdarlıqda bildirilib.

ABŞ-ın Türkiyədəki səfirliyi Ankarada "Kızılay" meydanında törədilən terrordan iki gün öncə hadisənin baş verəcəyi haqda xəbərdarlıq edibmiş.

Qeyd edək ki, Ankarada martın 13-də törədilən terror nəticəsində 37 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi