Yuxarı

Şimali Kiprdə hərbi bazada partlayış olub

Kİprdə hərbi sursat anbarında partlayış olub

Şimali Kipr Türk Respublikasının Çatalköy rayonunda yerləşən hərbi bazada baş verən partlayış nəticəsində ətrafdakı evlərə və 5 ulduzlu otellərin yerləşdiyi turist bölgəsindəki digər evlərə ziyan dəyib.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, hadisə sentyabrın 12-də gecə saatlarında Girne şəhərindən 10 km cənubda yerləşən Çatalköydə sahilə yaxın hərbi bazada baş verib. 

Şimali Kipr Prezidenti Mustafa Akıncı bildirib ki, hadisə nəticəsində ölən və yaralanan olmayıb: “Partlayışın nəticələrinin aradan qaldırılması üçün lazım olan bütün tədbirlər görülüb”.

Şimali Kipr Türk Respublikası baş nazirinin müavini və xarici işlər naziri Kudret Özersayın təhlükəsizlik baxımından ərazidək sakinlərin təxliyyə edildiyini söyləyib. 

Partlayışın səbəbi məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi