Kərkükdə "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri öldürülüb

Kərkükdə "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri öldürülüb Televiziyanın rəhbəri Süheyl Kasım isə yaralanıb
Region
21 Oktyabr , 2016 19:42
Kərkükdə Türkməneli TVnin xəbərlər departamentinin rəhbəri öldürülüb

Bakı. 21 oktyabr. REPORT.AZ/ İraqın Kərkük şəhərində "Türkməneli TV"nin çəkiliş qrupuna hücum olub. 

“Report” NTV-yə istinadən xəbər verir ki, Kərkük valiliyi yaxınlığında İŞİD yaraqlıları və İraqın təhlükəsizlik qüvvələri arasında baş verən atışmanı lentə almağa çalışan televiziya əməkdaşları snayper atəşinə tuş gəlib. 

Nəticədə "Türkməneli TV"nin xəbərlər departamentinin rəhbəri, türkmən jurnalist Əhməd Nəcməddin Haceroğlu öldürülüb, televiziyanın rəhbəri Süheyl Kasım isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi