Yuxarı

Ankaradakı terrorun iki kamikadze tərəfindən törədilməsi təsdiqini tapıb

58 nəfər reanimasiya ve terapiya şöbələrindədir

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ankarada 97 nəfərin ölümü ilə nəticələnən qanlı terror aktını törədən iki kamikadzedən hər birisi gücü 5 kiloqram trotil ekvivalentində olan partlayıcı qurğunu işə salıblar. “Report”un “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Numan Kurtulmuş bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində ölən 97 nəfərdən 92-nin şəxsiyyəti məlumdur. 

Xəstəxanalara müraciət edən 365 nəfərdən 58-i isə hələ də reanimasiya və terapiya şöbələrindədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi