Ankaradakı terrorun iki kamikadze tərəfindən törədilməsi təsdiqini tapıb

Ankaradakı terrorun iki kamikadze tərəfindən törədilməsi təsdiqini tapıb 58 nəfər reanimasiya ve terapiya şöbələrindədir
Region
13 Oktyabr , 2015 01:32
Ankaradakı terrorun iki kamikadze tərəfindən törədilməsi təsdiqini tapıb

Bakı. 13 oktyabr. REPORT.AZ/ Ankarada 97 nəfərin ölümü ilə nəticələnən qanlı terror aktını törədən iki kamikadzedən hər birisi gücü 5 kiloqram trotil ekvivalentində olan partlayıcı qurğunu işə salıblar. “Report”un “Hurriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bunu baş nazirin müavini Numan Kurtulmuş bildirib.

Onun sözlərinə görə, terror aktı nəticəsində ölən 97 nəfərdən 92-nin şəxsiyyəti məlumdur. 

Xəstəxanalara müraciət edən 365 nəfərdən 58-i isə hələ də reanimasiya və terapiya şöbələrindədir.

Son xəbərlər

Orphus sistemi