Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib

Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib Bakı. 5 avqust. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri Air France aviaşirkətinin 1144 saylı reysi ilə Moskvaya gətirilib.
Region
5 Avqust , 2018 07:58
Jurnalist Orxan Camalın cənazəsi Moskvaya gətirilib

Bakı. 5 avqust. REPORT.AZ/ Mərkəzi Afrika Respublikasında güllələnərək qətlə yetirilmiş rusiyalı jurnalistlərin, o cümlədən əslən azərbaycanlı olan Orxan Camalın cənazələri "Air France" aviaşirkətinin "1144" saylı reysi ilə Moskvaya gətirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, "FlightAware" onlayn portalının məlumatına görə, layner yerli vaxtla 00:21-də Şeremetyevo hava limanına eniş edib.

Orxan Camalın dostu Maksim Şevçenko bildirib ki, meyitlər səhər saatlarında morqa təhvil veriləcək.

"Meyitlər bizə dərhal verilməyəcək, onlar istintaqa təhvil veriləcək", - deyə Şevçenko bildirib. O, həmçinin əlavə edib ki, Rusiya İstintaq Komitəsi tərəfindən ekspertizanın aparılmasına azı 2 gün sərf olunacaq.

Şevçenko bildirib ki, Orxan Camal, ilkin məlumata görə, avqustun 8-də dəfn olunacaq. Jurnalistlə vida mərasimi Moskvanın Cümə məscidində olacaq.

Son xəbərlər

Orphus sistemi