Yuxarı

İran Türkiyədən idxal olunan malların Rusiyaya ixracını qadağan edib

Bu addım İran istehsalçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə atılıb

Bakı. 23 yanvar. REPORT.AZ/ İranın ticarət naziri Məhəmməd Rıza Nemətzadə Türkiyə mallarının Rusiyaya geri ixracının qadağan olunması barədə sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu barədə idarəyə istinadən IRNA agentliyi məlumat yayıb.

İdarə nümayəndəsinin sözlərinə görə, müvafiq tədbir Türkiyə və Rusiya arasında münasibətlərin gərginləşməsi  fonunda İran istehsalçılarının təhlükəsizliyinin təmin edilməsi üçün görülüb.

“Türk mallarının İran tacirləri tərəfindən geri ixracı İranın ümumi ixrac qaydalarına ziddir”, — deyə o bildirib.

Nümayəndə qeyd edib ki, İran istehsalçıları Tehran və Moskva arasında xoş münasibətlərdən İranda istehsal olunan malların ixracı üçün istifadə etməlidirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi