Yuxarı

Iran dövlət televiziyasına yeni rəhbər təyin olunub

Məhəmməd Sarafraz bu postda İzzətullah Zərgamini əvəzləyəcək

Bakı. 8 noyabr. REPORT.AZ/ İranın dövlət kanalı olan İRİB-ə yeni rəhbər təyin edilib.

"Report" İranın "Press TV" kanalına istinadən xəbəbr verir ki, İranın ali dini lideri ayətullah Səyid Əli Xameneyinin sərəncamına əsasən, Məhəmməd Sarafraz İRİB-in yeni rəhbəri postuna gətirilib.

Bu vəzifədə o İzzətullah Zərgamini əvəz edəcək.

Bundan əvvəl M.Sarafraz İRİB-in dünya xəbərləri şöbəsində çalışıb və bu müddət ərzində İRİB daxilində Press TV (ingilis dilində), Al-Alam (ərəb dilində) və Hispan TV (ispan dilində) kanalların açılmasında töhfələr verib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi