Yuxarı
    Bağlamaq

    İranla "altılıq" ölkələri arasında növbəti danışıqlar Cenevrədə keçiriləcək

    Tərəflər dekabrın 17-də bir araya gələcəklər

    Bakı. 12 dekabr. REPORT.AZ/  İran və "altılıq" ölkələri arasında növbəti danışıqlar dekabrın 17-də Cenevrədə keçiriləcək. Bu barədə "Report" Avropa Xarici Fəaliyyət Xidmətinin (AXFX) mətbuat xidmətinə istinadən xəbər verir. 

    Məlumatda bildirilir ki, İranla "altılıq" ölkələrinin bu il noyabrın 24-də Vyanada keçirilən son görüşündən sonra əldə olunmuş razılaşmaya əsasən, hər iki tərəf uzunmüddətli və böyük həll üçün diplomatik səyləri davam etdirmək məqsədilə dekabrın 17-də bir araya gələcək. Görüş bir gün nəzərdə tutulub". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi