Yuxarı

II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş qələbə estafeti Azərbaycandan keçəcək

Hazırda tədbir Murmanskda start götürüb

Bakı. 2 fevral. REPORT.AZ/ II Dünya müharibəsinin 70 illik qələbəsinə həsr olunan və MDB ölkələrinin dövlət sərhədləri boyunca keçiriləcək genişmiqyaslı qələbə estafeti Murmanskda start götürüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Murmanskdan estafet iştirakçıları Rusiya sərhədləri boyunca Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan, Türkmənistan və Azərbaycana gedəcəklər.

Sərhəd estafeti II Dünya müharibəsinin 70 illik qələbəsinə həsr olunan ümumi bayram tədbirləri planına daxildir. 

Estafetin başa çatma mərasimi  2015-ci il mayın 28-də Moskvada Rusiya Federasiyası Sərhədçi Günündə təntənəli şəraitdə baş tutacaq.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi