II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş qələbə estafeti Azərbaycandan keçəcək

II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş qələbə estafeti Azərbaycandan keçəcək Hazırda tədbir Murmanskda start götürüb
Region
2 Fevral , 2015 17:49
II Dünya müharibəsinin 70 illiyinə həsr olunmuş qələbə estafeti Azərbaycandan keçəcək

Bakı. 2 fevral. REPORT.AZ/ II Dünya müharibəsinin 70 illik qələbəsinə həsr olunan və MDB ölkələrinin dövlət sərhədləri boyunca keçiriləcək genişmiqyaslı qələbə estafeti Murmanskda start götürüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Murmanskdan estafet iştirakçıları Rusiya sərhədləri boyunca Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan, Türkmənistan və Azərbaycana gedəcəklər.

Sərhəd estafeti II Dünya müharibəsinin 70 illik qələbəsinə həsr olunan ümumi bayram tədbirləri planına daxildir. 

Estafetin başa çatma mərasimi  2015-ci il mayın 28-də Moskvada Rusiya Federasiyası Sərhədçi Günündə təntənəli şəraitdə baş tutacaq.  

Son xəbərlər

Orphus sistemi