Yuxarı
    Bağlamaq

    İzmirdə İŞİD üzvü olduğu ehtimal edilən 5 nəfər saxlanılıb

    Hazırda onların İstanbulda törədilən terror hücumunda əllərinin oldub-olmadığı aydınlaşdırılır

    Bakı. 4 yanvar. REPORT.AZ/ Türkiyədə yanvarın 1-də İstanbulda törədilən və 39 nəfərin həlak olmasıyla nəticələnən terror hücumu ilə əlaqədar əməliyyatlar davam etdirilir.

    "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, növbəti əməliyyat İzmirdə həyata keçirilir.

    Polis artıq İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfəri saxlayıb. Hazırda onların İstanbulda törədilən terror hücumunda əllərinin oldub-olmadığı aydınlaşdırılır.

    Əməliyyat davam edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi