İzmirdə İŞİD üzvü olduğu ehtimal edilən 5 nəfər saxlanılıb

İzmirdə İŞİD üzvü olduğu ehtimal edilən 5 nəfər saxlanılıb Hazırda onların İstanbulda törədilən terror hücumunda əllərinin oldub-olmadığı aydınlaşdırılır
Region
4 Yanvar , 2017 10:57
İzmirdə İŞİD üzvü olduğu ehtimal edilən 5 nəfər saxlanılıb

Bakı. 4 yanvar. REPORT.AZ/ Türkiyədə yanvarın 1-də İstanbulda törədilən və 39 nəfərin həlak olmasıyla nəticələnən terror hücumu ilə əlaqədar əməliyyatlar davam etdirilir.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, növbəti əməliyyat İzmirdə həyata keçirilir.

Polis artıq İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən 5 nəfəri saxlayıb. Hazırda onların İstanbulda törədilən terror hücumunda əllərinin oldub-olmadığı aydınlaşdırılır.

Əməliyyat davam edir.

Son xəbərlər

Orphus sistemi