Yuxarı
    Bağlamaq

    İzmirdə partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var - YENİLƏNİB-4

    Partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır

    Bakı. 5 yanvar. REPORT.AZ/ Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında törədilmiş partlayış nəticəsində 2 nəfər şəhid olub, 10 yaralı var. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, həlak olanlardan biri polis əməkdaşı, digəri isə ədliyyə işçidir. 

    Məlumata görə, partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır.

    *** 18:02

    Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayışı törədən terrorçulardan ikisi məhv edilib, digəri axtarılır. 

    "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, 10 nəfər yaralı var. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 

    *** 17:41

    Bomba yüklənmiş avtomobillə hücumdan sonra iki terrorçu ilə polis əməkdaşları arasında atışma olub.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçulardan biri məhv edilib.

    İlkin məlumata görə, 3 nəfər yaralanıb.

    *** 17:36

    İzmirdə Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayış bomba yüklənmiş avtomobil vasitəsilə törədilib. 

    "Report" xəbər verir ki, məlumatı "Doğan" agentliyi yayıb. 

    Agentliyin xəbərinə görə, hadisə yerində bir terrorçunun meyiti var. 

    *** 17:28

    Türkiyənin İzmir şəhərində Ədliyyə Nazirliyiinin yerli idarəsinin binası yaxınlığında partlayış olub.

    “Report” "Haber7"yə istinadən xəbər verir ki, partlayışın səbəbi hələlik məlum deyil.

    Hələlik hadisə ilə bağlı ətraflı məlumat yayılmayıb. 

    Şahidlərin sözlərinə görə, binanın qarşısında dayanan bir avtomobil yanır. Yaralıların olduğu bildirilib.

    Partlayış olan yerə polis qüvvələri, təcili tibbi yardım maşınları və yanğınsöndürən birqadalar cəlb edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi