İstanbulun Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tbilisidə məhv edilib

İstanbulun Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tbilisidə məhv edilib Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilənlərdən biri “Tək qol” ləqəbli Əhməd Receboviç Çatayevdir
Region
23 Noyabr , 2017 10:54
İstanbulun Atatürk hava limanında törədilən terrorun təkilatçısı Tbilisidə məhv edilib

Bakı. 23 noyabr. REPORT.AZ/ Gürcüstan paytaxtı Tbilisidə ötən gün keçrilən antiterror əməliyyatı nəticəsində zərərsizləşdirilən terrorçular arasında İstanbulun Atatürk hava limanında törədilən terror aktının təşkilatçılarından biri də var.

“Report” "Haberturk" istinadən xəbər verir ki, bu, “Tək qol” ləqəbli terrorçu Əhməd Receboviç Çatayevdir. 

Məlumata görə, Ə.Çatayev 2012-ci ildən terrorçu İŞİD qruplaşmasının dəstəbaşçılarından biri olan Ömər Şişani ilə birlikdə fəaliyət göstərib. Ə.Çatayev ötən gün Tbilisidə məhv edilib. 

Qeyd edək ki, noyabrın 22-də Tbilisidə keçirilən antiterror əməliyyatı nəticəsində çeçen əsilli 3 terrorçu zərərsizləşdirilib, biri tutulub.

Xatırladaq ki, 2016-cı il iyunun 28-də Türkiyənin Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər həlak olub, 250-yə yaxın insan xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi