​İstanbuldakı terrorun törədilməsində iştirak etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

​İstanbuldakı terrorun törədilməsində iştirak etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb Əməliyyat-axtarış tədbiri zamanı bir neçə ünvandan odlu silah, elektron informasiya daşıyıcısı aşkarlanaraq, götürülüb
Region
30 İyun , 2016 13:05
​İstanbuldakı terrorun törədilməsində iştirak etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb

Bakı. 30 iyun. REPORT.AZ/ İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında terror aktının törədilməsində iştirak etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, onlardan 3-ü xarici ölkə vətəndaşıdır.

Məlumata görə, bir neçə yüz polis İstanbul, İzmir şəhərləri və onların ətraf rayonlarında əməliyyat keçiriblər. Əməliyyat-axtarış tədbirləri zamanı bir neçə ünvandan odlu silah, elektron informasiya daşıyıcısı aşkarlanaraq götürülüb. Saxlanılanlar terrorçu İŞİD qruplaşmasına loqistik, material dəstəyi verməkdə, yeni adamların cəlb edilməsində şübhəli bilinirlər.

Qeyd edək ki, iyunun 28-də İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında törədilən terror aktı nəticəsində 42 nəfər həyatını itirib, 250-yə yaxın insan yaralanıb.

Son xəbərlər

Orphus sistemi