Yuxarı

İstanbulda biznes mərkəzində baş vermiş yanğın söndürülüb - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb

Bakı. 19 avqust. REPORT.AZ/ İstanbulun Merter hissəsində, dükanların çox olduğu ərazidəki biznes mərkəzində baş verən yanğın söndürülüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, yanğın nəticəsində yaranmış tüstüdən zəhərlənən insanlar xəstəxanaya yerləşdiriliblər.

Məlumatda bildirilib ki, hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

14:16

İstanbulun Merter hissəsində böyük biznes mərkəzi yanır.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib. 

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.

FOTO: "Milliyet"



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi