​İstanbulda terrorçuluqda şübhəli bilinən 40 nəfər tutulub

​İstanbulda terrorçuluqda şübhəli bilinən 40 nəfər tutulub Həbs edilənlər arasında HDP-nin yerli şöbələrinin sədrləri, bələdiyyələrin keçmiş başçıları da var
Region
2 Oktyabr , 2015 11:51
​İstanbulda terrorçuluqda şübhəli bilinən 40 nəfər tutulub

Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında İstanbulun 28 rayonunda terrorçu PKK-ya qarşı əməliyyat keçirilib.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, antiterror əməliyyat nəticəsində 40 nəfər həbs olunub.

Əməliyyat terrorçuluq fəaliyyətində şübhəli bilinən 66 nəfərlə bağlı keçirilib.

Həbs olunanlar arasında Xalqların Demokratik Partiyasının (HDP) rayon şöbələrinin sədrləri, bələdiyyələrin keçmiş başçıları, həmkarlar təşkilatlarının rəhbərlərinin olduğu da bildirilib. 

Son xəbərlər

Orphus sistemi