Bakı. 17 dekabr. REPORT.AZ/ Terror aktı hazırlamaqda şübhəli bilinən 11 şəxs İstanbulda polis tərəfindən tutulub.
"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbul Terrorizmlə Mübarizə Şöbəsinin əməkdaşlarının əməliyyatı nəticəsində həbs olunan şəxslərin terrorçu "İŞİD" qruplaşmasının üzvü olduğu və ABŞ-ın Baş Konsulluğuna qarşı silahlı hücum təşkil etmək istədikləri bildirilib.
Həbs olunan şəxslərin Suriya qaçqınları olduğu qeyd olunur.