Yuxarı

İstanbulda sərnişin sıradan çıxan eskalatora düşərək yaralanıb - VİDEO

İstanbulda sərnişin sıradan çıxan eskalatora düşərək yaralanıb - VİDEO
O, bir saat sürən xilasetmə əməliyyatı nəticəsində xilas edilib

Bakı. 27 mart. REPORT.AZ/ İstanbulda bir kişi sıradan çıxmış eskalatorun içinə yuvarlanıb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir, bu barədə “Youtube”də video-yazı yayılıb.

Hadisə “Ayazağa” metro stansiyasında baş verib. Sərnişin dayanan eskalatorun zirzəmisinə düşüb. Belə ki, eskalatorun mexanizmi işə düşür və sərnişin ayağını pilləkən olmayan boş yerə qoyur. Gözlənilməz təkan nəticəsində insanlar eskalatorun içinə düşüb. Hadisə nəticəsində bir nəfər yaralanıb. O, bir saat sürən xilasetmə əməliyyatı nəticəsində xilas edilib.

Bildirilib ki, sıradan çıxan eskalatorun qarşısında uyğun nişan qoyulubmuş. Bununla belə, sərnişinlər həmin nişana məhəl qoymayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi