​İstanbulda qar həyatı iflic edib - FOTOLAR

​İstanbulda qar həyatı iflic edib - FOTOLAR Hamdi Topçu: "Atatürk Hava Limanı həskin hava şəraiti ilə əlaqədar demək olar bağlanıb"
Region
18 Fevral , 2015 19:24
​İstanbulda qar həyatı iflic edib - FOTOLAR

Bakı. 18 fevral. REPORT.AZ/ İstanbulda kəskin hava şəraiti və yağan qar şəhər təsərrüfatının işini xeyli çətinləşdirib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, əslində bir saat ərzində 60 təyyarənin endiyi Atatürk Beynəlxalq Hava Limanı cəmi 4 təyyarə qəbul edə bilib. Bunlar da Küveyt, Ciddə, Bəhreyn və ər-Riyaddan gələn sərnişin təyyarələri olub.

Türk Hava Yolları İdarə Heyətinin sədri Hamdi Topçu özünün "twitter" səhifəsində yazıb ki, Atatürk Hava Limanı həskin hava şəraiti ilə əlaqədar demək olar bağlanıb: "Bir çox sərnişinimiz bizdən asılı olmayan səbəblərdən pis vəziyyətdə qalıb. Bu səbəbdən onlardan üzr istəyirik".

İstanbulda güclü qar yağışı bir tərəfdən təyyarələrin enməsini və qalxmasına mane olarkən, digər tərəfdən də Atatürk Hava Limanının xarici reyslər terminalının kassalarında bilet satışı demək olar dayandırılıb. Bir çox şirkətin aviareyslərini pis hava şəraitinə görə təxirə salması səbəbindən kassalarda bilet satışı həyata keçirilməyib. Hətta digər reys üçün biletlərini dəyişdirmək istəyən yüzlərlə sərnişin təxminən 200 metrə çatan növbə yaradıblar. Ümumiyyətlə, İstanbul hava limanlarının 350-dən artıq xarici və daxili uçuşları ləğv etdiyi bildirilir.

Eyni zamanda bu gün şəhərin bütün təhsil müəssisələri bir gün müddətinə bağlanıb. Bu müddətin uzadılacağı gözlənilir.

İctimai nəqliyyatın normal fəaliyyəti pozulub, metrobus yollarının buz bağlaması sərnişindaşımada ciddi əngəllər yaradıb. Şəhər daxilində və giriş-çıxış yollarında çoxlu sayda yol nəqliyyatı hadisəsi baş verib.

Şəhər rəhbərliyi sakinlərdən şəxsi avtomobillərindən mümkün qədər istifadə etməməyi xahiş edib. Hazırda şəhərin əksər hissəsində fasilələrlə qar yağmaqdadır.

Son xəbərlər

Orphus sistemi